16 Aprel 16:10
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail xarici işlər naziri İsrael Katz 32 ölkədəki həmkarlarına məktublar göndərərək, yəhudi dövlətinə hücuma görə İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

“Raket və pilotsuz təyyarələrin buraxılışına hərbi cavab verməklə yanaşı, mən İrana qarşı diplomatik hücuma başlayıram. Bu gün səhər 32 ölkəyə məktublar göndərdim və dünyanın onlarla xarici işlər naziri və tanınmış simaları ilə danışıb, İranın raket proqramına qarşı sanksiyaların tətbiq edilməsini və İranı cilovlamaq və zəiflətmək üçün İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa çağırdım.

Çox gec olmadan - indi İranı dayandırmaq lazımdır”, - Katz bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər