17 Aprel 23:22
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqil Fələstin dövləti qurulduğu halda HƏMAS-ın hərbi qanadının fəaliyyəti dayandırıla bilər.

Teleqraf.com xəbər verir ki, bunu bu gün Qətərdə baş tutan görüş zamanı HƏMAS siyasi bürosunun rəhbəri İsmail Haniyə Türkiyə XİN rəhbəri Hakan Fidana bildirib.

H.Fidanın sözlərinə görə, bu, HƏMAS tərəfindən dünyaya, xüsusən də Qərb ölkələri üçün çox önəmli bir mesajdır:

“Onlar 1967-ci ilin sərhədləri çərçivəsində Fələstin dövlətinin qurulmasına razı olduqlarını, müstəqil Fələstin dövlətinin qurulduğu təqdirdə hərbi qanadının varlığına ehtiyac olmayacağına, siyasi partiya olaraq fəaliyyətlərinə davam edəcəklərini mənə bildirdilər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər