Dubay aeroportunda uçuşlar qismən bərpa olunub.
Teleqraf.com xəbər verir ki, hava limanı məhdud sayda təyyarə qəbul edir. Aeroportun direktoru Paul Qriffits bildirib ki, yaxın günlərdə fəaliyyət tam bərpa olunacaq. Yolların çoxu bağlı olduğundan lazımi mal və avadanlıqları gətirmək mümkün deyil. Buna görə də hava limanı işini əvvəlki səviyyədə bərpa edə bilmir. Baqaj qəbulu zonası hələ də sudan təmizlənməyib.
Şəhərin özündə də bəzi ərazilərdə suyun səviyyəsi yüksək olaraq qalır. Az sayda taksi fəaliyyət göstərir. Supermarketlərin çoxunda ərzaq tükənib, əksər məhəllələrin enerji təchizatı hələ bərpa olunmayıb.
Qeyd edək ki, son günlərdə Körfəz ölkələrinə intensiv yağışlar infrastrukturun sıradan çıxmasına və 21 nəfərin ölümünə səbəb olub.