21 Aprel 09:57
7 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Hava Qüvvələri gizli şəkildə İranın nüvə obyektlərinin elektronikasını sıradan çıxara və insan itkisi olmadan məhv edə bilən raketlər yerləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

“Elektronikaya qarşı Yüksək Güclü Mikrodalğalı Qabaqcıl Raket Layihəsi” (CHAMP) “Boeing”in “Phantom Works” şirkəti tərəfindən ABŞ Hərbi Hava Qüvvələrinin tədqiqat laboratoriyası üçün hazırlanıb və ilk dəfə 2012-ci ildə uğurla sınaqdan keçirilib. Raketlər dünyanın müxtəlif yerlərində quraşdırılıb və 2019-cu ildə istifadəyə verilib.

Kirtland Tədqiqat Laboratoriyasının keçmiş əməkdaşı Meri Lou Robinson 20 CHAMP raketinin işlək və nüvə obyektləri də daxil olmaqla istənilən hərbi hədəfi vurmağa hazır olduğunu təsdiqləyib.

Qeyd olunur ki, sözügedən silah qanadlı raketlərdə quraşdırılır və B-52 bombardmançıları ilə çatdırılır. Düşmənin hava məkanına aşağı hündürlükdə daxil ola və yüksək güclü mikrodalğalı enerji yayaraq raketin hədəfində olan istənilən elektron avadanlığı görünmədən sıradan çıxara bilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər