Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl erkən bələdiyyə seçkiləri ola biləcəyi iddialarından sonra açıqlama verib.
Teleqraf.com xəbər verir ki, partiya sədri belə çağırışların doğru olmadığını söyləyib.
“Yeni erkən seçki hekayələri danışmağa başlayıblar. Görünən odur ki, seçicilərin mesajını başa düşməyiblər. O, elə bir məqamdadır ki, seçicilərə qarşı təkəbbürlü olub, seçkilərdə qalib gəldik deyəcək qədər lovğalığını təmizləyə bilməyib. Ərdoğanla üz-üzə görüşəcəm. İnanıram ki, qütbləşməni qırmaq üçün addımlar atacağıq. Səslərimizi daimi etməliyik. Növbədənkənar seçkiyə çağırış seçicilərlə əhdi pozmaq deməkdir”, - Özəl bildirib.
Martın 31-də keçirilən son bələdiyyə seçkilərində CHP qələbə qazanıb. Bu, tarixdə CHP-nin hakim Ədalət və İnkişaf Partiyası (AKP) üzərində ilk qələbəsidir.