Misirin Sinay yarımadasında islamçı silahlıların hücumları nəticəsində ən azı 26 nəfər həyatını itirib.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, avtomobilə yerləşdirilmiş bomban;n partlaması Şimali Sinayın paytaxtı Əl-Aris şəhərində əsgərlərin ölümünə səbəb olub.
Digər hücumlar Şeyx Züveyid və Qəzza ilə həmsərhəd Rəfah şəhərində baş verib. Rəsmilər hadisələr zamanı 30 əsgərin də yaralandığını bildiriblər.
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına sadiq silahlı Ansar Beit al-Maqdis qruplaşması hücumlara görə məsuliyyəti üzərinə götürüb.
Samir