21 Aprel 00:50
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Benyamin Netanyahu amerikalı konqresmenlərə İsrailə hərbi yardımı nəzərdə tutan qanun layihəsinin qəbuluna görə təşəkkür edib.

Teleqraf.com xəbər verir ki, Netanyahu bunu X sosial şəbəkəsi vasitəsilə edib.

"Birləşmiş Ştatlar Konqresi böyük səs çoxluğu ilə təqdirəlayiq yardım qanun layihəsini qəbul etdi...Sağ olun, dostlar, təşəkkürlər, Amerika!" - Netanyahu yazıb.

Onun sözlərinə görə, qanun layihəsi İsrailə güclü ikitərəfli dəstəyi nümayiş etdirir və Qərb sivilizasiyasını qoruyur.

Aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailə 26,4 milyard dollar yardımın ayrılması ilə bağlı qanun layihəsini qəbul edib. Digər 58 nəfər isə buna qarşı çıxıb. Sənəd baxılmaq üçün ABŞ Senatına göndəriləcək. Bundan əlavə, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya hərbi yardım haqqında qanun layihəsini təsdiqləyib. Qanun layihəsi Ukraynaya təxminən 61 milyard dollar yardımın ayrılmasını nəzərdə tutur. Tayvana hərbi yardım göstərilməsi və dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi haqqında qanun layihələri də təsdiq edilib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər