21 Aprel 17:28
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Tokat vilayətində 4.1 maqnitudalı zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumatda bildirilir ki, zəlzələ 12,38 kilometr dərinliyində baş verib.

Zəlzələ nəticəsində dağıntıların olmadığı bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər