İsrailin aprelin 19-da İrana cavab hücumu iranlılara göstərdi ki, müdafiə sistemləri toxunulmaz deyil və hətta özlərini belə qoruya bilməyəcəklər.
Teleqraf.com xəbər verir ki, bunu İsrail baş nazirinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri, briqada generalı Yakob Naqel deyib.
“Xameneyi İsrailin cavabının belə olacağını gözləmirdi. Qlobal müdafiə koalisiyası (ABŞ, Böyük Britaniya, Fransa, İordaniya və digərləri daxil olmaqla) İsrailin yanında oldu, misli görünməmiş hücumu effektli şəkildə dəf etdi. Bu da öz növbəsində İranı aşağıladı və müdafiəyə qarşı hücum sistemlərindəki spesifik zəiflikləri üzə çıxardı. Bu imkanlara İsrailin onilliklər ərzində tikilmiş çoxqatlı müdafiə sistemi — “Arrow”, “David's Sling”, “Iron Dome”, “Patriot” və sair daxildir. Koalisiya təhdidlərin 95 faizini məhv etdi. Əlbəttə, cüzi ziyan da oldu”, - general bildirib.
Naqel qeyd edib ki, İsraili məhv etməklə hədələyən İran bu ölkəni nəinki vura, heç ona yaxşı düşə bilmir.
General İsrailin aprelin 19-da ayətullah rejiminə cavab zərbələrinə də diqqət çəkib:
"İsrail cavabın xarakteri, miqyası və vaxtı ilə bağlı müstəqil qərar verdi və həyata keçirdi. İsrail yaxın müttəfiqi ABŞ-ni məlumatlandırsa da, ondan icazə və ya iştirak istəmədi.
Məlumata görə, İsrailin cavabı İranın müdafiə infrastrukturunun əsas vurucu, məsələn, nüvə və digər strateji obyektləri qorumaq üçün Moskvanın Tehrana verdiyi və rus sistemlərinin zirvəsi hesab edilən S-300 batareyasının atəşə nəzarət radarı kimi mühüm elementləri əhatə edib. Bura digər radar sistemləri də daxildir.
İsrailin mükəmməl toxunuşu ilə reallaşan hücum “gözə göz - dişə-diş” yanaşmasının parlaq nümunəsi kimi qəbul edilə bilər.
Məhdud əhatə dairəsi baxımından İranın kütləvi hava hücumu ilə müqayisədə çox zəif və ya qeyri-mütənasib görünə bilər. Amma İranın kütləvi hücumuna qarşı müdafiədə nümayiş etdirilən İsrailin texnoloji və əməliyyat imkanları cavab hücumunda yenidən nümayiş etdirildi. Bu İrana o mesaj idi ki, xüsusi infrastrukturu məhv etmək və ya ciddi şəkildə zədələmək üçün dərinliklərinə enə bilərik, hücumda məhz bunu göstərdik.
İsrail həm müdafiədə, həm də hücumda qalib gəldi. Çatdırılan mesaj İranın “uğur”undan qat-qat böyükdür".