22 Aprel 21:26
1 739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Donetsk vilayətinin Pokrovski rayonunun Oçeretnı qəsəbəsinə çatıb. Yardım və silahla yanaşı, Ukraynanın təcili səfərbərliyə ehtiyacı var.

Teleqraf.com xəbər verir ki, bunu alman analitik Yulian Röpke deyib.

“Ukrayna 250 min canlı qüvvə səfərbər edib azsaylı cəbhəni gücləndirməsə, ABŞ-nin bütün pulları, Qərbin bütün dəstəyi, bütün alman silahları kömək etməyəcək. Rusiya qoşunları artıq Oçeretnıya çatıblar”, - Röpke bildirib.

Məlumata görə, hazırda hücumlarını davam etdirən ruslar Çasiv Yarı zəbt edərək şimal istiqamətində - Kramatorsk və Andruşkivka, cənub istiqamətində isə Uqledar, Kuraxovo və Pokrovska doğru hərəkət etmək istəyirlər. Məqsəd Donetsk vilayətini tam ələ keçirməkdir. Bunlar Donetskin “son qalalar”ı hesab olunur. Analitiklərə görə, Çasiv Yar ələ keçirilsə, Donetskin taleyi həll olacaq.

Aprelin 20-də ABŞ Nümayəndələr Palatası Ukraynaya təhlükəsizlik sahəsində kömək üçün 61 milyard dollarlıq paketi təsdiqləyib. ABŞ bu həftə Ukraynaya yardımı dəstəkləyə bilər. Daha sonra sənədi ABŞ Prezidenti Co Bayden imzalamalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu