29 Aprel 10:20
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Rusiya ilə müharibədə məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək, çünki bu, yeni soyuq müharibəyə gətirib çıxaracaq.

Teleqraf.com xəbər verir ki, bunu Britaniyanın keçmiş silahlı qüvvələr naziri Ceyms Hippi deyib.

Hippi Ukraynanın bütün Avro-Atlantik regionda təhlükəsizlik uğrunda döyüşdə qalib gəlməsi üçün əlavə yardım paketlərinə ehtiyac duyulacağını bildirib:

“Tanrı qorusun, Ukraynanın dalana dirənməsi və ya məğlubiyyəti onilliklər davam edəcək və trilyonlarla dollara başa gələcək yeni soyuq müharibə vəd edir”.

Eyni zamanda, Hippi inanmır ki, ukraynalılar dəstək axınına baxmayaraq, rusları 2025-2026-cı illərdə məğlub edəcək. Onun sözlərinə görə, ABŞ-dən gələn yardım paketi balansı dərhal dəyişdirmək, ukraynalılara sürətli və tam qələbə gətirəcək son hücuma keçməyə imkan verməyəcək.

“Gözləntim budur ki, Qərbdən gələn böyük dəstək axını ilə cəbhədə sabitləşmənin şahidi olacağıq, döyüşlər şiddətli olsa da, bu il önəmli ərazilərin azad ediləcəyini gözləmirəm”, - Hippi əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər