30 Aprel 11:34
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbi komandanlığı hazırda Ukraynanın şərqində yayda hücuma keçə biləcəyi bir neçə taktiki istiqaməti nəzərdən keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Amerikalı analitiklər hesab edirlər ki, ruslar qərbə - Pokrovska doğru irəliləməyə davam edə və ya Çasiv Yar ətrafında əlavə qüvvələr yerləşdirməklə şimala doğru irəliləməyə cəhd edə bilərlər.

Son məlumata görə, Rusiya qoşunları Oçeretnıdan qərb, şimal-şərq və şimal qərbə doğru, eləcə də Netaylovoda irəliləyiblər.

Hazırda Avdivin şimal-qərbində Kalinovoy, Arxangelsk, Novobaxmutivka, Solovyov, Sokil, Novopokrovski və Novoselivka Perşoy, Avdiyvkanın qərbində isə Orlivka və Umanski yaxınlığında şiddətli döyüşlər gedir.

Ruslar Arxangelskə doğru irəliləmək məqsədilə Keramikada hücum əməliyyatları aparır, eyni zamanda Oçeretnıdan qərbə, Sokola və cənub-qərbə - Novoprokivsk-Novoselivka Perşaya doğru irəliləməyə çalışırlar.


Müəllif: Mənsur Rəğbətoğlu