17 May 14:20
1 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kütləvi dava zamanı 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkillərin apellyasiya şikayətləri ilə bağlı qərar elan edilib.

Qərara əsasən ömürlük azadlıqdan məhrum edilmiş Rauf Hüseynovun cəzası 20 ilə, 20 il müddətinə azadlıqdan məhrum edilən Ceyhun İsayevin cəzası 19 ilə, onun qardaşı - 5 il müddətinə azadlıqdan məhrum edilən Ramin İsayevin cəzası 4 ilə endirilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Hüseynov ömürlük, Ceyhun İsayev 20 il, onun qardaşı Ramin İsayev isə 5 il müddətinə azadlıqdan mərhum edilmişdi.

İttihama görə, qətl hadisəsi ötən il fevralın 11-də gecə saat 2 radələrində Nizami rayonu ərazisində qeydə alınıb. Kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib.

Daha sonra Ceyhun İsayev, Rauf Hüseynov və Ramin İsayev şübhəli şəxs qismində saxlanılıb.
Rauf Hüseynov və Ceyhun İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrupşəxs,qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və Ramin İsayevə isə Cinayət Məcəlləsinin və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Qətlə yetirilən İlkin Rzayev keçmiş polis əməkdaşı olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər