17 May 14:23
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Tokayevi təbrik etdi

Mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Kasım-Jomart Tokayev göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə xidmət etdiyi vurğulanıb, bu baxımdan bir müddət əvvəl Qazaxıstan Prezidentinin ölkəmizə səfərinin önəminə toxunulub.

Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər