Səudiyyə Ərəbistanında iki ABŞ vətəndaşı silahlı hücuma məruz qalıb.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, onlardan biri yaralanıb.
Əldə edilən məlumatlara görə, hadisə Əl-Şərqiyə vilayətindəki Al Axsa vahəsində baş verib. Yerli xəstəxanaya qaldırıldı amerikalının vəziyyəti sabitdir.
Onun kim tərəfindən vurulduğu məlum deyil.
Qeyd edəkki, ötən ilin oktyabr ayında da paytaxt Ər-Riyadda iki amerikalı hücuma məruz qalmış, onlardan biri öldürülmüş, digəri yaralanmışdı.
Nihad