Almaniya kansleri Yunanıstanın borclarının silinməsinin mümkünsüzlüyünü bildirib. O, yunan bank və kreditorlarına artıq mümkün güzəştlərə getdiklərini deyib.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, Merkel Yunanıstanı avro məkanında qalmağa və islahatları davam etdirməyə səsləyib.
Almaniya kanslerinin sözlərinə görə, Almaniya Yunanıstan və böhran nəticəsində əziyyət çəkən başqa ölkələrə dəstəyini davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Yunanıstanın xarici borcu 300 milyard avroya bərabərdir.
Samir