İraqda reşmərgə güclərinin Kərkükün cənubundakı Habbaze neft quyularını və digər itirilən bölgələri İŞİD-dən geri aldığı bildirilir.
Teleqraf.com-un xəbərinə görə, əməliyyata rəhbərlik edən general Hiva Abdullah "Anadolu" agentliyinin müxbirinə bildirib ki, İraq üçün böyük əhəmiyyətə malik olan Habbaze neft quyuları ilə Mektep Xalid və Meryembəg kəndləri azad edilib.
Abdullah Ərbil və digər bölgələrdən cəlb olunan ağır silahlarla reallaşdırılan geniş miqyaslı əməliyyatlar nəticəsində İŞİD-in Kərkükün cənubundan çıxarıldığını bildirib. İŞİD döyüşçüləri 15 cəsədi geridə buraxaraq qaçıblar. General koalisiya güclərinə aid döyüş təyyarələrinin hava hücumuyla peşmərgəyə ciddi dəstək verdiyini deyib. Döyüş təyyarələri İŞİD-in çoxlu sayda zirehli texnikasının sıradan çıxarıldığını bildirib.
Kərkükdə üç gün davam edən şiddətli qarşıdurmaların ardından vəziyyətin normal olduğu ifadə edilsə də, təhlükəsizlik gücləri sayıqdır. Kərkükdən 12 kilometr cənubda peşmərgələrin və hərbi texnikanın sayı artırılıb. Peşmərgəyə dəstək üçün könüllü türkmen döyüşçülər və şiə Bədir briqadaları cənub sərhədinə yeridilib.
Nihad