Rusiya ordusu ilin əvvəlindən bəri Ukraynanın təxminən 752 kvadrat kilometr ərazisini ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Rusiya qüvvələri 1 yanvar - 29 aprel tarixləri arasında təxminən 516 kvadrat kilometr ərazini işğal ediblər.
Mayın əvvəlində rus qoşunları Xarkov vilayətinin şimalında önəmli taktiki uğurlar əldə edərkən, müdafiə naziri Andrey Belousov Rusiya ordusunun Ukraynada irəliləyişini çox yüksək qiymətləndirib.
Belousov mayın 31-də Rusiya qüvvələrinin bu il 880 kvadrat kilometr ərazini ələ keçirdiyini açıqlayıb. ISW bu rəqəmin 752 kvadrat kilometr olduğunu bildirir.