1 İyun 18:33
3 626
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstənilən dondurulmuş münaqişə ləng müharibə və ya işğal deməkdir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski söyləyib.

Onun fikrincə, dondurulmuş münaqişə hər an yeni güclə alovlana bilər.

“Elə bir an gələcək, bütün bunlar bu və ya digər səbəbdən əriyəcək. İşğalçı həmişə bir bəhanə tapacaq. Döyüş meydanında mövqeyini möhkəmləndirmək üçün ona fasilə lazımdır. Harada nə çatışmadığını anlamaq üçün... Biz bunu bilirik. Bizdə də eyni kəsir var, bu barədə açıq danışırıq”.

Zelenski etiraf edib ki, Rusiyanın çoxlu sayda texnikaları olsa da, təcrübəli hərbçiləri, artilleriya mərmiləri və raketləri yoxdur:

“Bu fasilə onlara fayda verəcək, bizə yox. Daha da güclənəcəklər və bundan sonra yenə sizə ultimatum verəcəklər ki, bütün işğal edilmiş əraziləri tanıyın, NATO-da olmayın, Avropaya inteqrasiyanı unudun və sair”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər