İsveçrə Ukraynaya yardım üçün 5 milyard İsveçrə frankı (5,58 milyard dollar) ayrılması təşəbbüsünü rədd edib.
Teleqraf.com “Reuters”ə istinadən xəbər verir ki, 10,1 milyard frank İsveçrə silahlı qüvvələrinə, 5 milyard frank isə Ukraynaya yardım (ümumilikdə 15,1 milyard frank) ayrılması təşəbbüsü parlamentdə dəstəklənməyb.
28 deputat layihənin əleyhinə, 15 deputat isə lehinə səs verib.
"Reuters" qeyd edir ki, təşəbbüsün əsas əleyhdarları parlamentin sağçı üzvləri olub.
Qeyd edək ki, qeyd olunan paket hələ aprel ayında İsveçrə Parlamentinin komitəsi tərəfindən dəstəklənib. İsveçrə Ukraynanın yenidən qurulmasına dəstəyi gücləndirmək niyyətində idi.