Polis pul almaq üçün turistləri qaçırıb.
Teleqraf.com Daily Mailə istinadən xəbər verir ki, Filippində polislər 2,5 milyon peso müqabilində turistləri qaçırıb.
Verilən məlumata görə, motosikletli dörd polis əməkdaşı markası açıqlanmayan bahalı avtomobili saxlayıb. Onlar maşında olan üç Çin və bir Malayziya vətəndaşını qandallayıb furqona otuzudurblar. Saxlanılanlardan ikisi qaça bilib.
Qaça bilməyənlər isə döyüldükdən sonra polisə pul veriblər.
Polislər qaçırdıqları şəxsləri döyərək pullarını alıblar. Hazırda işi törədənlər axtarılır