7 İyun 17:06
1 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Türkiyə arasında təmaslar yaxın gələcəkdə də davam edəcək, imkan yaranan kimi, liderlər görüşəcəklər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya-Türkiyə təmasları, iki ölkə arasındakı iqtisad dialoqu bütün mövcud problemlərə baxmayaraq davam edir. Türkiyə digər məsələlərlə yanaşı, ölkənin iqtisadi problemləri ilə bağlı bu (kənar) təzyiqə müqavimət göstərməkdə çətinlik çəkə bilər. Yüksək səviyyəli təmaslar çox yaxın gələcəkdə də davam edəcək. Prezidentlər fürsət düşən kimi ən yüksək səviyyədə görüşəcəklər”, - Rusiya rəsmisi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər