Ukraynanın şərqində irəliləyən Rusiya qoşunları Donetsk vilayətinin İvanovsk kəndini ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.
“Rusiya qüvvələri Novopokrovsk yaxınlığında və Staromayorskda irəliləyərək İvanovskı ələ keçirib. Klişçivkada təmas xətti dəqiqləşdirilib”, - məlumatda deyilir.
Xəritəyə görə, İvanovskdan Çasiv Yara qədər olan məsafə 10 kilometrdən azdır.
Çasiv Yar Donetsk vilayətinin sonuncu qalası hesab olunur. Ukrayna hərbi analitiklərinə görə, strateji yüksəklikdə yerləşən Çasiv Yar tutulsa, Donetskin qalan 4 şəhərinə yol açılacaq.