14 İyun 14:28
3 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

BRİKS üzvlərinin sayı artacaq. Bu təşkilata maraq göstərən dövlətlərin sayı çoxdur, bu sırada Türkiyə də var.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

“Əlbəttə, BRİKS-ə üzv olmaq istərdik. Görək bu il hər şey necə olacaq”, – deyən Türkiyə xarici işlər naziri Hakan Fidan təşkilatın xarici işlər nazirlərinin Rusiyanın Nijni Novqorod şəhərində keçirilən toplantısına qatılıb. Bölgədə əhəmiyyətli rola malik Türkiyənin BRİKS-ə üzvlüyü təşkilatın gücünü artıracaq. Türkiyə bu təşkilata üzv olmaqla həm xarici siyasətini şaxələndirməyə, həm də tərəfdaşları ilə əlaqələrini gücləndirməyə çalışır”, - məqalədə qeyd olunur.

Mərkəzin ekspertləri hesab edirlər ki, BRİKS-ə üzvlük Türkiyənin Qərblə əməkdaşlıqdan imtina etməsi anlamına gəlmir:

“Bəllidir ki, BRİKS üzvlərindən Rusiya və Çin təşkilat çərçivəsində ABŞ və Avropa ilə mübarizə aparmaq istəyir. Ancaq BRİKS-in digər üzvləri olan Hindistan, Cənubi Afrika Respublikası və Braziliya Moskva və Pekinin siyasətindən asılı deyil, Vaşinqton və Brüssellə əməkdaşlığa davam edirlər. Eynilə Türkiyə də BRİKS çərçivəsində çoxtərəfli xarici siyasətində manevr imkanlarını artırmağa çalışacaq.

Moskva təşkilat üzvlərinin sayının artırılması siyasətini dəstəkləyir. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun açıqlamasına görə, oktyabrda Kazanda keçiriləcək sammitə qədər yeni üzvlərlə bağlı təkliflər hazırlanacaq. Moskva təşkilatla tərəfdaşlıq etmək istəyən dövlətlərin üzvlüyünə müsbət baxır. Ancaq fərqli yanaşmalar da var.

Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randxir Djaysval BRİKS-in genişlənməsinin bütün üzvlərin razılığı əsasında mümkün olduğunu bildirib. Bölgə ölkələrindən Tailand da quruma üzv olmaq istəyir”.

Həmçinin təhlildə bildirilir ki, Hindistan və Çin BRİKS-in üzvü olsa da, aralarında rəqabət də davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər