16 İyun 10:17
334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ayasofya məscidində (Türkiyə, İstanbul) bayram namazı qılmaq istəyənlər izdiham yaradıblar.

Teleqraf.com xəbər verir ki, namaz vaxtından əvvəl məscidin içi dolu olarkən, yüzlərlə vətəndaş çöldə namaz qılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 1 avqust 2020-ci il tarixli sərəncamı ilə yenidən məscid kimi fəaliyyətə başlayan və bərpa edildikdən sonra bu ilin mayın 6-da ibadət üçün açılan Kariye məscidində ilk dəfə qılınan bayram namazına kütləvi maraq göstərilib.

İstanbuldakı Sultanahmet, Süleymaniyyə və Böyük Çamlıca məscidlərində də izdiham yaşanıb.


Müəllif: Teleqraf.com