21 İyun 17:56
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO ölkələri Ukraynada hərbi missiyaya hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bunu ölkə Baş naziri Viktor Orban deyib.

“NATO-nun Ukraynada hərbi missiyası olacaq, amma Macarıstan orada iştirak etməyəcək”, - baş nazir bildirib.

Orban əlavə edib ki, Macarıstan bu ideyanı nə maddi, nə texniki, nə də hərbi baxımdan dəstəkləyəcək.

Macarıstan Baş naziri Aparatı da vurğulayıb ki, Ukraynadakı hərbi missiyadan sonra NATO ölkələri Rusiyanın hücumuna məruz qalsa, Budapeşt bu halda onlara hərbi dəstək verməyə məcbur olmayacaq.

NATO Macarıstanın mümkün əməliyyatda iştirak etməməsi ehtimalını təsdiqləyib. Macarıstan baş nazirinin sözlərinə görə, təşkilatın baş katibi Yens Stoltenberqdən NATO ərazisindən kənarda istənilən hərbi əməliyyatın yalnız könüllü ola biləcəyini aydın şəkildə izah etməyi xahiş edib. Bunu baş katib də təsdiqləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər