24 İyun 08:35
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dağıstanda baş verən terror aktları ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib və Moskvaya hüquq-mühafizə orqanları vasitəsilə əməliyyat-istintaq fəaliyyətində köməklik təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidmətinin bəyanatında deyilir.

“Qazaxıstan bu qeyri-insani hərəkəti qətiyyətlə pisləyir, BMT, ŞƏT və digər mötəbər beynəlxalq təşkilatların himayəsi altında terrorizmə qarşı mübarizədə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır”, - bəyanatda deyilir.

Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib. Baş verən terror aktları 15-dən çox polisin həyatına son qoyub.


Müəllif: Teleqraf.com