27 İyun 10:07
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu Qəzza zolağında HƏMAS-la savaşı davam etdirərkən, digər yandan da Livanda quru əməliyyatı üçün hazırlıqlarını tamamlayıb.

Teleqraf.com xəbər verir ki, bölgədəki kritik gəlişmədən sonra iki Avropa ölkəsi bir-birinin ardınca mümkün müharibə ilə bağlı açıqlama verib.

Almaniya Xarici İşlər Nazirliyi Livanla bağlı səyahət xəbərdarlığını yenilənib.

Bəyanatda Almaniya vətəndaşlarına Livana səyahət etməmələri, orada olanların isə dərhal bu ölkəni tərk etmələri barədə xəbərdarlıq edilib.

Almaniya XİN bölgədəki təhlükəsizlik vəziyyətinin kifayət qədər dəyişkən olduğu və Livan-İsrail sərhədində son həftələrdə hərbi qarşıdurmaların intensivləşdiyini vurğulayıb.

“Vəziyyətin daha da gərginləşməsi və münaqişənin genişlənməsi istisna oluna bilməz”, - bəyanatda deyilir.

Bəyanatda gərginliyin daha da artmasının Livanın beynəlxalq hava limanında hərəkətin tamamilə dayandırılmasına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib və bu halda Livandan hava yolu ilə çıxmağın mümkün olmayacağı qeyd olunub.

Hollandiya Xarici İşlər Nazirliyi də ölkə vətəndaşlarından Livana səyahət etməmələri və bu ölkədə hələ də uçuşlara iman varkən dərhal oranı tərk etmələrini istəyib.

Avropa Birliyinin (AB) xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel də iki ölkənin müharibənin astanasında olduğunu itisna etmir.

“Livan, İsrail və region yeni bir müharibəyə tab gətirə bilməz. Bundan AB də təsirlənəcək”, - birliyin baş diplomatı deyib.

Türkiyə xarici işlər naziri Hakan Fidan da misirli həmkarı Sami Şükrü ilə telefon danışığında Qəzzadakı savaşın regiona yayılma riskini müzakirə edib. Müharibənin dərhal dayandırılması və daimi atəşkəsin elan edilməsinin vacibliyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər