27 İyun 23:16
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları cənub cəbhəsində eyni anda iki sahədə irəliləyir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan kapitanı Pavlo Lakiyçuk deyib.

“Vəziyyət ağır olaraq qalır. Hazırda cənubdan ümidverici xəbərimiz yoxdur, bu, Marin istiqaməti, digər tərəfdən, düşmənin daha iki yerdə irəlilədiyi Staromixaylivski ilə bağlıdır”, - kapitan vurğulayıb.

Lakiyçukun sözlərinə görə, Rusiya ordusunun say üstünlüyü ilə Ukraynaya təzyiq etmək taktikası kritik nəticələrə gətirib çıxarır:

“Kəmiyyət bəzən keyfiyyətə çevrilir. Cəbhəni bu cür sıxışdırmaq sonda çox təhlükəli nəticələrə səbəb ola bilər”.

Kapitan Kupyan-Liman istiqamətində ağır döyüşlərin getdiyini xatırladıb:

“Bu istiqaməti ikinci dərəcəli hesab etmək olar. Amma ikinci dərəcəli olması o demək deyil ki, orada döyüşlər şiddətli və amansız deyil. Düşmən müdafiə qruplarımızı məğlub etmək üçün onların sayını yarıya endirməyə cəhd göstərməkdə davam edir, amma hələlik ciddi uğur əldə olunmayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər