27 İyun 23:25
336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlılar Yəmənin Səna Beynəlxalq Hava Limanında zəvvarları daşıyan 3 təyyarəni saxlayıb.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yəmən Hava Yolları açıqlama edib.

Açıqlamada qeyd olunub ki, Səna hava limanında saxlanılan "Airbus 320" markalı təyyarələr həcc ziyarətinə gedən yüzlərlə zəvvarı daşıyıb.

Yəmən Prezident Şurası təcili kömək üçün Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası, beynəlxalq hava nəqliyyatı təşkilatları və BMT-yə müraciət edib


Müəllif: Arzu