29 İyun 15:27
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roberto Montella yenidən ATƏT Parlament Assambleyasının Baş katibi vəzifəsinə seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ATƏT PA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, R.Montellin yeni mandatı 2026-cı il yanvarın 1-də başlayacaq və 2030-cu il dekabrın 31-də başa çatacaq.

Baş Katib Assambleyanın işlərinə rəhbərlik etmək, Katibliyin səmərəliliyini təmin etmək və onun Kopenhagen və Vyanadakı ofislərinə nəzarət etmək, Büronun, Daimi Komitənin və Assambleyanın qərarlarının yerinə yetirilməsi üçün ümumi məsuliyyət daşıyır.

Xatırladaq ki, R.Montella ilk dəfə bu postu 2016-cı ilin yanvarında tutub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər