Almaniyadakı bəzi ABŞ bazalarında xəbərdarlıq səviyyəsi son 10 ildə ilk dəfə olaraq “Charlie” səviyyəsinə qaldırıldı.
Teleqraf.com xəbər verir ki, “Charlie” səviyyəli xəbərdarlıq “aktiv təhlükə” məlumatına görə verilib.
ABŞ ordusunun xəbərdarlıq sistemi beş səviyyədən ibarətdir: Normal, Alpha, Bravo, Charlie və Delta.
Normal səviyyə "məlum düşmən və ya təhlükə yoxdur", Alpha səviyyəsi "mümkün terror təhlükəsi", Bravo səviyyəsi "artan və proqnozlaşdırıla bilən terror təhlükəsi", Charlie səviyyəsi "istənilən vaxt terror hücumu mümkündür" və Delta səviyyəsi davam edən terror təhlükəsi deməkdir.