5 İyul 08:48
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tunisdə müxalif Respublika Xalq Birlik Partiyasının lideri Lütfi Miraya saxlanılıb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, o, "çirkli pulların yuyulması” ittihamı ilə saxlanılıb.

Tunis Prokurorluğunun tələbi ilə başladılan “çirkli pulların yuyulması” istintaqı çərçivəsində Miraya haqqında həbs qərarı çıxarılıb.

Mirayah paytaxt Tunisin cənubunda yerləşən Nabel şəhərində saxlanılıb.

Müxalifət lideri aprel ayında sosial şəbəkə hesabında paylaşdığı videoda oktyabrda keçirilməsi planlaşdırılan prezident seçkilərində namizəd olacağını açıqlamışdı.


Müəllif: Arzu

Oxşar xəbərlər