6 İyul 20:21
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Srebrenitsa soyqırımında öldürülən və şəxsiyyəti müəyyən edilən daha 14 qurbanın cənazəsi dəfn ediləcək.

Teleqraf.com xəbər verir ki, anım mərasimləri iyulun 11-də keçiriləcək.

Qeyd edək ki, 1995-ci il iyulun 11-də Ratko Mladiçin komandanlığı altında serb qoşunları tərəfindən Srebrenitsanın işğalından sonra mülki bosniyalılar Birləşmiş Millətlər Təşkilatı (BMT) nəzdində holland əsgərlərinə sığınaraq daha sonra serblərə təhvil verilib. Daha sonra qadın və uşaqların getməsinə icazə verən serblər ən az 8372 bosniyalı kişini meşələrdə, fabriklərdə və anbarlarda qətlə yetirib, kütləvi məzarlıqlarda basdırıblar.

Haaqa Beynəlxalq Məhkəməsi 2007-ci ildə verdiyi qərarda Srebrenitsa və onun ətrafında baş verənləri “soyqırım” kimi qiymətləndirib.


Müəllif: Arzu

Oxşar xəbərlər