İranda məhkəmə ABŞ-ın tətbiq etdiyi birtərəfli sanksiyalar üzündən müalicə imkanlarından məhrum olan ağır xəstələrin işi üzrə qərar verib.
Teleqraf.com yerli KİV-lərə istiandən xəbər verir ki, qərara əsasən məhkəmə ABŞ-nin 6 milyard 785 milyon dollar təzminat ödəməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, keçmiş ABŞ prezidenti Donald Trampın Tehrana qarşı sanksiya tətbiqindən sonra İsveçin “Mölnlycke” şirkəti İranla bütün ticarəti dayandırıb. Bu şirkət "kəpənək xəstələri"nin yaraları üçün müalicəvi sarğı istehsal edir. İran höküməti bu sanksiyalardan sonra "kəpənək xəstələri"nin 20 faizinin öldüyünü bildirib.
Həmçinin ABŞ-nin sanksiyalarına görə İranın bu xəstələri avadanlıq və dərmanla təmin etmək cəhdləri uğursuz olub.