Almaniyada radikal sağçı “Compact” jurnalı qadağan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Fazer açıqlama yayıb.
Nazir açıqlamada bildirib ki, bu jurnal insanlarda yəhudilərə və immiqrantlara qarşı nifrət oyatmaqla məşğuldur: "Jurnal radikal sağçıların ruporudur. Bu qadağa mühacirlərə qarşı nifrət və şiddət mühitini alovlandıranlara və demokratik dəyərlərimuzə zərər vermək istəyənlərə qarşı görülən tədbirdir".
Qadağadan sonra polis Brandenburq, Hessen, Saksoniya və Saksoniya-Anhalt əyalətlərində jurnal rəhbərlərinin evlərində axtarış aparıb və bəzi materiallar ələ keçirib.