17 İyul 18:41
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hökumətinə bağlı haker qrupu yeni kiber kampaniyada İsrail də daxil olmaqla, Yaxın Şərqin müxtəlif ölkələrində fəaliyyət göstərən təşkilatları hədəfə alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Çek Point” kibertəhlükəsizlik şirkəti məlumat yayıb.

Məlumatda bildirilib ki, “Muddy Water” kimi tanınan haker qrupu İsraildən başqa Azərbaycan, Portuqaliya, Türkiyə, Səudiyyə Ərəbistanı və Hindistana da yeni özəl zərərverici proqramdan istifadə edərək hücum edib.

“Çek Point” mütəxəssislərinin araşdırmalarının nəticələrinə görə, İrana bağlı hakerlər adıçəkilən ölkələrin hökumət təşkilatlarını, bələdiyyələri, medianı və səyahət agentliklərini hədəf alıblar.

Onların sözlərinə görə, 2024-cü ilin fevralında ən son hücum kampaniyasının aşkarlanmasından bəri yüzlərlə alıcıya 50-dən çox fişinq e-poçtu göndərilib.

Bununla yanaşı, “Sequoia” kibertəhlükəsizlik şirkəti də analoji hesabatda “Muddy Water” qrupunun müxtəlif qurumlara hücumlarının artdığını açıqlayıb.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər