21 İyul 23:31
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan yayılan "Nipah" virusundan 14 yaşlı uşaq ölüb.

Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, oğlanın 10 gün əvvəl qızdırması olub və o, xəstəxanaya yerləşdirilib.

Ölən uşağın təmasda olduğu 4 nəfərdə də virusun əlamətləri aşkar edilib. Bu şəxslərdən 1-nin vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, bu virusa yoluxmuş insanlarda simptomlar dərhal özünü göstərmir. Virus qızdırma, baş, boğaz və əzələlərdə ağrı kimi simptomları ilə adi qripə bənzəyir. Növbəti mərhələdə isə virusa yoluxan şəxsdə başgicəllənmə, yorğunluq halları yaşanır.

"Nipah" virusu ilk dəfə Malayziyanın Nipah bölgəsində epidemiya ilə başlayıb. Virus həm heyvanlarda, həm də insanlarda xəstəliyə səbəb ola bilər.


Müəllif: Arzu

Oxşar xəbərlər