COP29 komandası Yaponiyada keçirilən Asiya və Sakit Okean regionunun dayanıqlı inkişafı üzrə beynəlxalq forumda iştirak edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı COP29-un "X" hesabında paylaşım edilib.
“Yaponiyada keçirilən Asiya və Sakit Okeanda Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Forumda COP29-a sədrlik edən danışıqlar qrupu Paris Sazişinin 6-cı maddəsinə əsasən nəticələrin əldə olunması ilə bağlı öz baxışını açıqlayıb, həmçinin dayanıqlı inkişafa dəstək üçün karbon bazarlarının potensialından danışıb”, - paylaşımda bildirilib.