Qaemi qasırğası Çinə çatıb, Tayvan və Filippində geniş dağıntılar törədib.
Teleqraf.com xarici mətbuata istinadən məlumat yayıb.
Bildirilir ki, Tayvanda torpaq sürüşməsi və daşqınlar qeydə alınıb, nəticədə 3 nəfər ölüb.
Filippində isə qurbanların sayı artıq 22-yə çatıb. Filippinin paytaxtı Manilada yağışlar daşqınlara səbəb olub. Bəzi ərazilərdə suyun səviyyəsi birmərtəbəli binaların hündürlüyünə qədər qalxıb.
Tayvanda ən azı dörd bölgəyə 14 saat ərzində 1000 mm-dən çox yağış düşüb.
Çinin cənub-şərqində 200-300 mm yağıntının düşəcəyi və iki-üç gün ərzində Qaemi qasırğasının zəifləyəcəyi gözlənilir.