29 İyul 12:09
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasında Yenidən Rifah Partiyası və İstanbul deputat Doğan Bekinə ünvanladığı sözlərinə partiya lideri Fatih Ərbakandan cavab gəlib.

Teleqraf.com xəbər verir ki, Ərbakan Ərdoğanın fikirlərinə etiraz edərək onu nəzakətli olmağa çağırıb:

"İstanbuldan deputat olan Doğan Bekinin ünvanına söylənən ifadə cənab prezidentin postuna yaraşdırmırıq və onu nəzakətli olmağa çağırırıq. Prezident bizim partiyamızın səsləri sayəsində 50 faizlik həddi keçərək lider seçilib", - Ərbakan bildirib.

Qeyd edək ki, Ərdoğan Yenidən Rifah Partiyasının deputatı Doğan Bekini tənqid edərək deyib: "Biri çıxıb, üzr istəyirəm, tərbiyəsizin biridir, deyir, parlamentimizdə Mahmud Abbası danışdırmaq lazımdır. Bu kimdir? Yenidən Rifahın bir adamı var, deyəsən, başında problemləri var. Sizə kim deyir, Mahmud Abbası dəvət etməmişik? Biz onu dəvət etdik, amma təəssüf ki, Mahmud Abbas bizə müsbət cavab vermədi".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər