İsraildəki Türkiyə diplomatlarına qarşı təhdidlərlə Qəzzada sülhə nail olmaq mümkün deyil.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Öncü Kecəli “X” hesabında ölkənin Təl-Əvivdəki səfirinin müavininin İsrail XİN-ə çağırılmasını şərh edərkən bildirib.
"Danışıqçıları öldürməklə və diplomatları hədələməklə sülhə nail olmaq mümkün deyil", - o qeyd edib.
Qeyd edək ki, Haniyənin qətli ilə əlaqədar Türkiyədə avqustun 2-də birgünlük matəm elan olunub.
Xatırladaq ki, HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə əlaqədar Türkiyənin Təl-Əvivdəki səfirliyinin binası üzərindəki dövlət bayrağı yarıya kimi endirilib. Buna cavab olaraq Türkiyə səfirinin müavini İsrail XİN-ə çağırıb.