ABŞ İsrailin müdafiəsinə dəstək vermək üçün Yaxın Şərqdəki qüvvələrini yenidən nizama salacaq.
Teleqraf.com xəbər verir ki, bunu Pentaqon rəsmisi Sabrina Sinqx bildirib.
Qeyd olunub ki, məsələ ilə bağlı müdafiə naziri Lloyd Ostin ABŞ-ın dərhal cavab verməyə hazır olmasını təmin etmək üçün silahlı qüvvələrin düzülüşündə bir sıra dəyişikliklər etmək məqsədilə göstəriş verəcək.