Əl-Qaidə ilə əlaqəli İslam və Müsəlmanlar Qrupu Nigerdə şübhəli bilinən iki rusiyalını girov götürdüyünü açıqlayıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, qruplaşma girovların videosunu paylaşıb.
Qruplaşma tərəfindən yayımlanan videoda özlərini rus kimi təqdim edən iki kişi cənub-qərbdəki Mbanqada qaçırıldıqlarını bildiriblər.
Tutulanlardan biri Rusiyada doğulduğunu, lakin Ukraynada yaşadığını, digəri isə bir ay əvvəl Nigerə Rusiya şirkətində işləmək üçün gəldiyini söyləyib.