ABŞ Ədliyyə Nazirliyi TikTok sosial şəbəkəsini məhkəməyə verib.
Teleqraf.com xəbər verir ki, buna səbəb kimi 13 yaşdan kiçik uşaqların şəxsi məlumatlarının toplanması göstərilib.
ABŞ səlahiyyətliləri hesab edirlər ki, sosial şəbəkə qanundan yan keçərək, 13 yaşdan kiçik uşaqlara hesab yaratmağa icazə verib və hətta “uşaq rejimində” tətbiq şəxsi məlumatları toplayıb.
Qeyd olunur ki, TikTok nümayəndələri hesabın böyüklərə, yoxsa uşağa aid olduğunu yoxlamaq üçün 5-7 saniyə vaxt sərf ediblər.