5 Avqust 23:51
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynaya təhvil verilən Amerika F-16 qırıcılarının yerini müəyyən edən kimi məhv edəcək.

Teleqraf.com xəbər edir ki, bunu CIA-nın keçmiş analitiki Larri Conson deyib.

“Bu təyyarələrin harada yerləşdiyini müəyyən etdikdə, Rusiya Federasiyası onları məhv edəcək”, - ekspert bildirib.

Conson qeyd edib ki, F-16-lar həm də nüvə silahı daşıya bilər və buna görə də Rusiya Federasiyası onları ekzistensial təhlükə kimi qəbul edə, onları məhv etmək üçün bütün tədbirləri görə bilər.

Analitikin fikrincə, Ukraynanın hava hücumundan müdafiə sistemləri artıq Rusiya raketlərinə tab gətirə bilmir və bu, F-16 qırıcılarının sürətlə məhvinə səbəb olacaq.


Müəllif: Arzu

Oxşar xəbərlər