6 Avqust 10:01
1 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İsrailə qarşı mümkün genişmiqyaslı müharibə kontekstində yardım üçün Rusiyaya müraciət edib. Tehran Moskvadan müasir hava hücumundan müdafiə sistemləri və radarları istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” hərbi planlaşdırma ilə tanış olan İran rəsmilərinə istinadla məlumat yayıb.

Avqustun 5-də Rusiya Təhlükəsizlik Şurasının katibi, keçmiş müdafiə naziri Sergey Şoyqu İrana gələrək, ölkənin yeni Prezidenti Məsud Pezeşkian və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə görüşüb.

Nəşr İranın İsrailə hərbi zərbələr planlaşdırdığını, Şoyqunun bu kontekstdə Tehrana gəldiyini istisna etmir.

İranın yeni lideri özünün strateji tərəfdaşı kimi Rusiya ilə münasibətləri dərinləşdirmək əzmində olduğunu bəyan edib.

“Rusiya çətin anlarda İran xalqına dəstək olan ölkələrdən biridir”, - prezident vurğulayıb.

Pezeşkianın iddiasına görə, çoxqütblü dünyanın təşviqində İran və Rusiyanın birgə mövqedən çıxış etmələri daha qlobal təhlükəsizlik və sülhə gətirib çıxaracaq.

Şoyqu da qeyd edib ki, Rusiya regional məsələlərdə İranla tam əməkdaşlığa hazırdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər