7 Avqust 01:12
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banqladeşin istefa verən Baş naziri Şeyx Hasinanın hökumətində xarici işlər naziri olan Həsən Mahmud qadağaya görə Dəkkə hava limanından uça bilməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Banqladeşin “Daily Observer” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Banqladeş XİN başçısı Dəkkə hava limanında olarkən onun ölkədən xaricə uçması qadağan edilib. Mahmudun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məlumatı hava limanındakı mənbələr də təsdiqləyib.

Daha əvvəl Banqladeşin poçt, telekommunikasiya və informasiya texnologiyaları üzrə keçmiş dövlət naziri Zunaid Əhməd Palakın Hindistana qaçmaq istəyərkən Dəkkə Beynəlxalq Hava Limanında saxlanıldığı xəbər verilmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər