7 Avqust 00:24
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə süni intellektdən istifadə edilməklə çoxsəviyyəli “Dəmir günbəz” hava hücumundan müdafiə (HHM) sistemi yaradılacaq.

Teleqraf.com yerlimətbuata istiandən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada keçirilən müdafiə sənayesi icraiyyə komitəsinin iclasında deyib.

Qeyd olunur ki, “Dəmir günbəz” layihəsi HHM sistemlərinin vahid şəbəkəyə inteqrasiyasını və real vaxt rejimində qərarların qəbulu üçün onun vasitəsilə məlumatların ötürülməsini nəzərdə tutur.

Telekanalın məlumatına görə, eyni zamanda Silahlı Qüvvələr üçün KAAN milli qırıcısı, “Bayraktar TB3”, “Akıncı” və “Aksungur” PUA-larının, kamikadze-dronların və mini dronların, radioelektron mübarizə sistemlərinin, müxtəlif dərəcəli PUA-lardan mühafizə sistemlərinin alınması layihələri də nəzərdən keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər