ABŞ- da Çin əsilli Nyu-Yorkdan olan alim Çinin xeyrinə casusluqda təqsirli bilinib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o, uzun illər müxalifət xadimi adı altında gizlənərək Pekinin müxalifləri haqqında məlumat toplayıb.
Çindəki hazırkı kommunist rejiminə qarşı çıxan Nyu-Yorkun Queens şəhərində demokratiya tərəfdarı təşkilat yaradan 75 yaşlı vətəndaşlıq almış amerikalı və yazıçı Şujun Vanq dörd maddə üzrə mühakimə olunub.
Vanq ən azı 2006-cı ildən Pekinin maraqları üçün fəaliyyət göstərməyə, Tayvanın müstəqilliyini və Honq Konq muxtariyyətini müdafiə edən fəallar haqqında məlumat toplamağa başlayıb . O, topladığı məlumatları elektron “gündəliklərə” qeyd edib. O, son illərdə ABŞ səlahiyyətliləri tərəfindən dəfələrlə sorğu-sual edilib və Çin hökuməti ilə heç bir əlaqəsinin olmadığını iddia edib.
İndi onu 25 ilə qədər həbs gözləyir və 2025-ci il yanvarın 9-da hökm oxunacaq.